Gömrük Komitəsi protokol yazdı, "Met-Ak" CƏZALANDIRILDI

Gömrük Komitəsi protokol yazdı, "Met-Ak" CƏZALANDIRILDI

Hazırda oxunan: Gömrük Komitəsi protokol yazdı, "Met-Ak" CƏZALANDIRILDI

228823

Nərimanov Rayon Məhkəməsində "Met-Ak" MMC-yə yazılan inzibati protokola baxılıb.

Bizim.Media “pravda.az”a istinadən xəbər verir ki, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib. Qərara əsasən şirkətə cərimə tətbiq olunub.

Xatırladaq ki, protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

Qeyd edək ki, 1997-ci ildə yaradılan və nizamnamə kapitalı 39 471 600 AZN olan MMC-nin qanuni təmsilçisi Aydın Alik oğlu Kərimovdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO