Vətəndaşın polis şöbəsində döyülərək öldürülməsi iddiasına - DİN-dən AÇIQLAMA

Vətəndaşın polis şöbəsində döyülərək öldürülməsi iddiasına - DİN-dən AÇIQLAMA

Hazırda oxunan: Vətəndaşın polis şöbəsində döyülərək öldürülməsi iddiasına - DİN-dən AÇIQLAMA

22882

“Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Yaşar Ramazanovun polis şöbəsində döyülərək öldürülməsilə bağlı yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir”.

Bizim.Media xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə əvvəllər eyni əmələ görə, məhkum olunmuş şəxs həbsdən çıxdıqdan sonra rayonda narkotik vasitələrin satışı və istifadəsilə məşğul olub.

Mayın 14-də Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Y.Ramazanov saxlanılaraq istintaqa təhvil verilib. Saxlanılan zaman dövriyyəsi qanunla qadağan olunan, şəxsi istehlak miqdarından artıq, eləcə da digər şəxsə gizlətmək üçün verdiyi külli miqdarda narkotik vasitələr maddi sübut kimi aşkar olunaraq götürülüb.

Əmələ görə onun barəsində Cinayət Məcəlləsinin 234.2 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) başlayan cinayət işi üzrə məhkəmə tərəfindən barəsində 3 aylıq həbs-qəti imkan tədbiri seçilib. 

Qurum rəsmisi qeyd edib ki, mayın 24-də səhər saatlarında istintaq təcridxanasında yıxılaraq qəfil halı pisləşən Y. Ramazanov dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona intensiv tibbi müalicə göstərilməsinə baxmayaraq, o, 4 gün sonra “beyinə qansızma ilə müşaiyət olunan beyindaxili təzyiq” diaqnozu ilə xəstəxanada ölüb.

“İstintaq prosesinin gedişində onun sağlamlıq vəziyyəti yoxlanılarkən bir sıra ağır xəstəliklərinin – qaraciyər sirrozu və gepatit c olması müyyən olunub.

Şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq, onun istintaq olunması qanunvericiliyə uyğun olaraq aparılıb, heç bir halda ona fiziki təzyiq göstərilməyib.

Ölüm faktı ilə əlaqədar rayon hüquq-mühafizə orqanları tərəfindən müvafiq tibbi ekspertizalar təyin edilməklə meyit müayinədən keçirilib. Ölüm faktında hər hansı kənar fiziki müdaxilə faktı aşkar olunmayıb, bədənində olan xəsarətlər isə xəstəliyin əlamətlərindən yaranan fəsadlar və onun istintaq təcridxanasında yıxılması nəticəsində yaranıb”.

Hazırda müvafiq araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO