Yanvarın 7-də pravoslavlar ən vacib xristian bayramlarından birini – Milad bayramını qeyd edirlər.
Bizim.Media xəbər verir ki, Milad bayramı bir gün əvvəl, yanvarın 6-dan başlayır.
Axşam, gün batandan sonra bütün ailə həvarilərin sayına uyğun olaraq 12 yağsız yeməyin olduğu masa arxasında yığışır. Yeməklərin heç biri toxunulmamış qalmamalıdır: hər birindən ən azından bir az dadmaq lazımdır. Masada bir şamın - canlı alovun yanması məsləhətdir. Müqəddəs axşam yeməyinin əsas xörəyi kutyadır. O, ənənəvi olaraq buğdadan hazırlanır, lakin digər dənli bitkilərdən də istifadə edilə bilər. Taxıl bəşəriyyətin tərkib hissəsi olan insanların simvoludur. Kutyada yapışqan qismində bal və ya şəkər siropu istifadə olunur. Milad orucu bu şam yeməyi ilə bitir: yanvarın 7-də bütün məhdudiyyətlər aradan qaldırılır və artıq əsl bayram ziyafəti təşkil etmək olar.
Azərbaycanın Pravoslav Xristian İcması da hər il ənənəvi olaraq Milad bayramını qeyd edir. Yanvarın 6-dan 7-nə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadət mərasimləri keçirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:12 / 07.01.2025
Pravoslavlar Milad bayramını qeyd edirlər - VİDEO
Hazırda oxunan: Pravoslavlar Milad bayramını qeyd edirlər - VİDEO
Hazırda oxunan: Pravoslavlar Milad bayramını qeyd edirlər - VİDEO
228795
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.