10 ildir yolları dağıdılmış Şəkinin internet DƏRDİ – ŞİKAYƏT

10 ildir yolları dağıdılmış Şəkinin internet DƏRDİ – ŞİKAYƏT

Hazırda oxunan: 10 ildir yolları dağıdılmış Şəkinin internet DƏRDİ – ŞİKAYƏT

22873

“Şəkinin yaşı eramızdan əvvələ qədər gedən qədim şəhərdir. Sovet vaxti Şəkidən Ümumittifaq Turizm marşrutu keçərdi. Qədimiliyini hələ də qoruyub saxlayan, dağların qoynunda məskunlaşmış bir cənnət guşəsi idi. Bəs indi?.... Yollar daqılmış, uçuq sökük... On ildən çoxdur ki, qazırlar, torpaqlayırlar, sonra yenə qazırlar, sonra yenə yamaq... Bu söküntü, dağıntı işlərinə çayın divarları belə tab gətirmədi...” 

Bizim.Media xəbər verir ki, bu barədə tanınmış nervpotoloq-həkim Qalib Əsədov “Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə Şəkidə internet çəkdirmək belə problemə çevrilib:

“Bir aya yaxındır oradakı evə interneti bərpa etmək üçün çalışıram. Alınmır ki, alınmır.... Deyirlər şənbə-bazar günləri işləmirik, hansı ki, bütün qonaqlar adətən o günlərdə gəlir. Dünyanın o başına 2 saniyəyə pul köçürə bilirəm, amma Şəkidə evə interneti bərpa etmək üçün gərək 10-15 gün Şəkidə qalım. Bütün Şəki qalıb bir dənə Aztelekomun ümidinə... Onlar da ümumiyyətlə işləmək istəmir.

Nədən bəzi səlahiyyət sahibləri insanları incitməkdən xüsusi həzz alır anlamıram. Nədən özəl internet şirkətlərin provayderləri Şəkiyə buraxılmır? Nədən adi, elementar bir şey üçün qəsdən bu qədər bürokratik əngəllər yaradılır? Bunu edən başqa respublikadan gəlməyib axı. Elə öz şəkililərimizdir. Nə isə... XXİ əsrdə iri bir rayonda internet çəkdirmək bu qədər problemlidirsə, gör nə qədər digər problemlər içindədir bu şəhər...”, deyə həkim durumdan gileylənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO