Naxçıvan Qarnizonu Qoşunlarında mayın 17-də başlayan komanda-qərargah təlimi başa çatıb.
Bizim.Media xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən verilən məlumata görə, təlimin sonuncu mərhələsində bölmələrin yaranmış taktiki şəraitə uyğun olaraq bir istiqamətdən digərinə yerdəyişməsi həyata keçirilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan hərbçiləri Türkiyədə keçirilən TƏLİMDƏ - FOTOLAR
Xüsusi təyinatlı bölmələr şərti düşmənin müdafiəsindəki ara boşluğundan yararlanaraq müdafiənin dərinliklərində hakim yüksəkliklərin ələ keçirilməsi üçün təyin olunmuş rayonlara çıxarılıb.
Motoatıcı və tank bölmələri artilleriya bölmələrinin atəş dəstəyilə hücumu dərinliyə doğru irəlilədərək şərti düşmənin canlı qüvvəsini və döyüş texnikalarını məhv ediblər.
Aidiyyəti üzrə birləşmələrdə, eləcə də bölmələrdə təlimin nəticələri təhlil olunub, aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində və qazanılan təcrübələrin növbəti təlimlərdə tətbiq edilməsi barədə müvafiq tapşırıqlar verilib.
Bizim.Media