Yeni Ələt-Astara magistralının Cəlilabad rayonuna daxil olan hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, Bakı şəhər sakini Lətafət Gəncəliyevanın idarə etdiyi "Honda" markalı avtomobil, Cəlilabad rayon sakininə məxsus və paytaxt istiqamətinə hərəkət edən "Şevrolet" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində "Honda" markalı avtomobildə olan 3 nəfər xəsarət alıb.
Yaralılar dərhal Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, hadisə nəticəsində Gəncəliyeva Nəzakət Rzaxan qızı (1971-ci il) Döş qəfəsinin küt travması, Cəfərov Fərman Şirxan oğlu (1961-ci il) sağ qaşın əzilmiş cırılmış yarası, sol mil sümüyünün distal qapalı yer dəyişmiş sınığı, Nəbiyev Seyfəddin Ruşan oğlu (1980-ci il) sol əlin baş barmağın distal falanqının əzilməsi, dırnaq qanaması ilə xəstəxanaya daxil olublar.
İlkin məlumata görə, xəsarət alanların vəziyyəti orta-ağırdır və onlara zəruri tibbi yardım göstərilir.
Baş vermiş qəza ilə bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, cənub bürosu