Zəlzələ ilə əlaqədar Ağstafa-Bakı sərnişin qatarının sürət həddi endirildi

Zəlzələ ilə əlaqədar Ağstafa-Bakı sərnişin qatarının sürət həddi endirildi

Hazırda oxunan: Zəlzələ ilə əlaqədar Ağstafa-Bakı sərnişin qatarının sürət həddi endirildi

228412

Sentyabrın 3-də saat 20:35 radələrində Kürdəmir stansiyasından 14 km cənubda - Kürdəmir rayonunda baş vermiş zəlzələdən dərhal sonra ADY müvafiq xidmət sahələrində infrastruktur obyektlərinə texniki baxış keçirməyə başlayıb, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılır.

 

Sfera.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

 

“İnfrastrukturda aparılan operativ texniki baxışla əlaqədar olaraq Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddi 50 km/saata endirilib, yük qatarlarının hərəkəti isə müvəqqəti olaraq dayandırılıb”, - deyə qurumdan bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO