Uşağa qayınana, qayınata adı qoymaq ƏNƏNƏSİ – Evlərdə niyə dava SALIR?

Uşağa qayınana, qayınata adı qoymaq ƏNƏNƏSİ – Evlərdə niyə dava SALIR?

Hazırda oxunan: Uşağa qayınana, qayınata adı qoymaq ƏNƏNƏSİ – Evlərdə niyə dava SALIR?

228355

“Bir qız tanıyırdım, Balabacı qoymuşdular adını, ulu nənəsinin adı idi, nə məktəbdə, nə yaxın çevrəsində heç kimlə ünsiyyət qurmurdu qız, həmişə yeni tanışlıqlardan qaçırdı. Valideyninə yalvarırdı adını dəyişsinlər deyə, əhəmiyyət vermirdilər. 18 yaşı olan kimi dəyişib Nazlı etdi.

Anası öz nənəsinin adını vermişdi, dəyişməyə icazə vermirdi, dəyişəndə də "haqqım haramın olsun" demişdi övladına”.

Azərbaycanda geniş yayılan adətlərdən biri də övlada nənə-babanın adını verməkdir. Hətta bu bəzən məcburi də olur, qayınana və ya qayınata özü deyir ki, nəvəsinə onun adını qoysunlar.

Bu isə ailələrdə ciddi narazılıqlara səbəb olur. Çünki yaşlı təbəqənin ad seçimləri indiki dövrlə uyğunlaşmır, həm də valideynlər öz uşağına fərqli ad qoymaq istəyə bilər. Bu onların təbii haqqıdır. 

İnsan ömür boyu o adla tanınacaq, yaşayacaq. Ona görə də, öz adından utanmamalıdır, səsləndirilməsindən narahat olmamalıdır. Bəzən adlar insanda ilkin təəssüratın yaranmasında rol oynayır. Ona görə də, bunu kiminsə xətrinə dəyməsin deyə, hörmətsizlik olmasın deyə seçmək ana və atalara xoş deyil. 

Bu adətə nə ehtiyac var?

Sosioloq Lalə Mehralı Bizim.Media-ya bu adətlə bağlı ətrafında yaşanan neqativ halları danışıb. 

“Tanıdığım bir ailənin oğul balasının adını Güloğlan qoyublar. Baba öz adını uşağa verib, anası uşağın adını qətiyyən tələffüz etmir, “ürəyim”, “balam” kimi əzizləyici sözlərlə çağırır. Adqoyma haqqında danışanda ananın gözləri dolur, kövrəlir. Ona öz övladına ad qoymaq haqqını tanımayıblar, bir dəfə qəhərlənərək “balamın adını Cavidan qoymaq istəyirdim, babası icazə vermədi ki, öz adımı qoyacam”. 

Paslı ənənələr

Sosioloq adqoyma zamanı qohumların müdaxiləsini doğru hesab etmir. Bildirir ki, ad seçimində hər zaman analar kənarda qalır və deyiləni etməyə məcbur olurlar. 

“Doğuş bir qadının verdiyi ən böyük imtahandır, biz o imtahandan dəfələrlə keçirik. Övladına ad qoymaq ən birinci onların haqqıdır. Uşağın 9 ay ana bətnində zülmünü biz çəkir, doğuş ağrısını çəkir, qazı var, qulaq ağrısı, diş ağrısı - hamısını balaları ilə birgə analar keçirir. Bunu qadınlarla birlikdə kim edir? Ata, nənə-baba şirin yuxuda olanda analar mürgülü-mürgülü doğan günəşi salamlayır. 

Ad qoymaq qadınların haqqıdır, əziz babalar, nənələr. Çox görürəm, uşağına Məhəmməd adı verib onu Maqa, Mika çağıranları.... Adı bəyənərək, sevərək qoymaq lazımdır uşağa, nə uşaq, nə valideyn narahat olmamalıdır o addan”.

Nuray, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO