Bu sinfin bütün şagirdləri tələbə oldu - FOTOLAR

Bu sinfin bütün şagirdləri tələbə oldu - FOTOLAR

Hazırda oxunan: Bu sinfin bütün şagirdləri tələbə oldu - FOTOLAR

228183

Azərbaycanda bir neçə məktəbdə bir sinfin bütün şagirdləri tələbə adını qazanaraq 100 faizlik nəticə göstəriblər.

 

Sfera.az xəbər verir ki, Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin 11a sinfinin məzunları yüz faiz nəticə göstərərək, hər biri (19 nəfər) ali məktəbə qəbul olub.

 

Onlardan Azərbaycan Dillər Universitetinə bir, Bakı Slavyan Universitetinə bir, Bakı Dövlət Universitetinə beş, Xəzər Universitetinə bir, Lənkəran Dövlət Universitetinə beş, Dövlət İqtisad Universitetinə üç, İdarəçilik Akademiyasına bir, Azərbaycan Dövlət Pedaqoji Universitetinə bir, Dövlət Sərhəd Xidmətinin Akademiyasına bir nəfər qəbul olub.

 

 

Bundan başqa, Sumqayıt şəhər Təfəkkür liseyinin 11a, 11b sinfinin bütün şagirdləri tələbə adını qazanıb.

 

 

Bundan başqa, Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin 11a, 11 b, 11e sinifləri 100% nəticə göstərərək ali məktəblərə qəbul olublar.

 

(Metbuat.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO