Çimərlikdə qadınlara tətbiq olunan QADAĞALAR – SƏBƏBLƏR - FOTO

Çimərlikdə qadınlara tətbiq olunan QADAĞALAR – SƏBƏBLƏR - FOTO

Hazırda oxunan: Çimərlikdə qadınlara tətbiq olunan QADAĞALAR – SƏBƏBLƏR - FOTO

22795

Hər il yay mövsümünün gəlişi ilə əlaqədər insanlar səbirsizliklə çimərlik mövsümünün açılışını gözləyirlər. İnsanlar şəhərin istisindən dincəlmək üçün çimərliklərə axışıb, rahat şəkildə ailələri ilə istirahət edir. Lakin iki əsr əvvəl qadınların kişilər ilə çimərlikdə istirahət etməkləri heç də asan olmurdu.

18-19 – cu əsrdə qadınlar dəniz kənarında hamının gözü qarşısında günəşlənə və dənizdə üzə bilməzdilər. O dövrdə çox qəribə bir dənizkənarı etiket var idi, bunlara istisnasız olaraq bütün qadınlar tərəfindən riayət edilməli idi. 

Əgər dənizdə qadın çimərlik geyimində olsaydı bu, ləyaqətsizlik, utanmazlıq hesab olunurdu. Buna görə də o zamanlar qadınların dənizdə rahat çimməyi üçün xüsusi maşınlardan istifadə edilirdi. 
 

MÖVZU İLƏ BAĞLI:

Pandemiyada çimərlik - Yayda necə istirahət edəcəyik? – AÇIQLAMA


Qadınlara təvazökarlıqlarını və ləyaqətlərini qorumaq üçün, “Çimmək üçün maşın” adlı sadə bir ixtira yaradıldı. 

Çimərlik maşını soyunub-geyinmə kabinəsinə bənzəyirdi, lakin o daha böyük və təkərlərlə təchiz olunmuşdu. 

Qadınlar bu kabinəyə girib, bu günün standartlarına nisbətən daha qapalı olan çimərlik geyimini geyinirdi. Çimərlik maşını bir atın köməyi ilə birbaşa dənizə girirdi.

Avtomobil suda olandan qapısı açılırdı. Qadınlar hər kəsin gözündən uzaqda, rahatlıqla dənizdə üzə bilirdilər. 

Üzən qadınları hər zaman fiziki güclü qadınlar müşayiət edirdi. Bu qadınların vəzifələri üzən xanımlara maşınından çıxmaqda kömək etmək idi. 

Üzməyi bacarmayan xanımların belinə möhkəm ip bağlanırdı. Digər ucu avtomobilə bərkidilərək, onların rahat üzmələrinə şərait yaradılırdı. 

Bu avtomobillər ilk dəfə İngiltərədə yaradılmışdı. Təxmini 1750-ci ildən isə ABŞ, Fransa və Almaniyada da populyarlıq qazanmağa başladı.

İllər keçdikcə bu maşınların sayı azalmağa başladı. 1920-ci illərdən sonra bu təcrübə tamamilə yox oldu. Onilliklər ərzində moda tarixi dəyişdi və qadınlar daha sərbəst şəkildə dənizdə dincəlməyə başladı.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO