Təyyarə qəzasının istintaqının ilkin nəticələri nə vaxt bəlli olacaq?

Təyyarə qəzasının istintaqının ilkin nəticələri nə vaxt bəlli olacaq?

Hazırda oxunan: Təyyarə qəzasının istintaqının ilkin nəticələri nə vaxt bəlli olacaq?

227852

Qazaxıstanda “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarənin qəzaya uğramasını araşdıran hökumət komissiyası 30 gün ərzində işinin ilkin nəticələrini təqdim edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə komissiyanın üzvü, respublikanın nəqliyyat nazirinin müavini Talqat Lastayev məlumat verib: "Ümumilikdə, standartlara görə, təhqiqatın ilkin və ya aralıq nəticələri 30 gün ərzində elan edilir".

"Kazinform" agentliyinə danışan Lastayevin sözlərinə görə, hazırda araşdırmanın sahə mərhələsi gedir: “Yəni təyyarənin parçaları, qəza yerindən izlər toplanır. Bütün bunlar Aktau hava limanında xüsusi təşkil olunmuş anqarda toplanır. Ekspertlər bütün bunları böyük məsuliyyətlə qiymətləndirirlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO