Təyyarə qəzasında xəsarət alanlardan 9-nun müalicəsi ev şəraitində davam edəcək - TƏBİB

Təyyarə qəzasında xəsarət alanlardan 9-nun müalicəsi ev şəraitində davam edəcək - TƏBİB

Hazırda oxunan: Təyyarə qəzasında xəsarət alanlardan 9-nun müalicəsi ev şəraitində davam edəcək - TƏBİB

227842

“Yeni Klinika”da müalicə alan doqquz yaralı evə buraxılıb. Onların müalicəsi ev şəraitində davam edəcək.

Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “Yeni Klinika”ya yerləşdirilən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib.
 

O bildirib ki, evə buraxılanların durumu yaxşıdır: "Bu gün Qazaxıstandan gətirilən üç yaralının durumu isə sabitdir".


Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti, dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO