Qara qutunun iki saatlıq yaddaşı var imiş

Qara qutunun iki saatlıq yaddaşı var imiş

Hazırda oxunan: Qara qutunun iki saatlıq yaddaşı var imiş

227836

AZAL-ın təyyarəsində iki saatlıq yaddaşı olan qara qutu quraşdırılmışdı.

Bizim.Media xəbər verir ki, bu barədə "Kazinform"a Qazaxistanın nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib.
 

O deyib ki, adətən təyyarənin quyruq hissəsində iki qara qutu quraşdırılır və hər ikisi tapılıb.


“Hazırda onlar şifrələrin açılması üçün daşınır. Bu təyyarədə ekipajın işini və təyyarənin texniki parametrlərini iki saat ərzində qeydə alan qara qutular quraşdırılmışdı”, - deyən nazir müavini hadisənin tam mənzərəsinin araşdırma zamanı aydın olacağını qeyd edib.

Onun sözlərinə görə, bütün "qara qutular" iki növə bölünür. “Birincisi, səs yazan və ya CVR (Cockpit Voice Recorder). O, baş verən hər şeyi, bütün səs mesajlarını və ekipaj üzvləri arasındakı audio danışıqları qeydə alır. Uçuşun başlanğıcından etibarən qara qutu avtomatik olaraq bütün bu məlumatları qeydə alır: ekipaj necə, nə vaxt və nə danışır, necə reaksiya verir və sair. İkinci qara qutu texniki və ya FDR (Flight Data Recorder) adlanır. O, təyyarənin texniki parametrlərini qeydə alır: mühərrikin dövriyyəsi, yağ təzyiqi, hidravlik təzyiq, sükanın vəziyyət bucağı və aeronaviqasiya məlumatları", - deyə müavini Talqat Lastayev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO