Oturaq həyat tərzi bu xəstəliklərə yol açır – ÜST-dən XƏBƏRDARLIQ

Oturaq həyat tərzi bu xəstəliklərə yol açır – ÜST-dən XƏBƏRDARLIQ

Hazırda oxunan: Oturaq həyat tərzi bu xəstəliklərə yol açır – ÜST-dən XƏBƏRDARLIQ

227788

Oturaq həyat tərzi günümüzün reallığıdır. Amma bu tərz sağlamlığımız üçün ciddi təhlükə yarardır. 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada insanların təxminən 30%-i oturaq həyat tərzi səbəbilə  müxtəlif xəstəliklərə tutulub. Onu da qeyd edək ki, oturaq həyat tərzinin fəsadlarından qadınlar daha çox əziyyət çəkir.

ÜST-ün hesabatlarına görə, bu sayaq həyat tərzi getdikcə daha da artır. Bu səbəbdən təxminən 1,8 milyard insanın müxtəlif xəstəliklərə tutulma riski var.

ÜST onu da bildirrir ki, 2010-cu ildən 2022-ci ilə qədər əhali arasında fiziki hərəkətsizlik tendensiyası təxminən 5% artıb. 2022-ci ildə insanların 31%-i kifayət qədər aktiv olmayıb.  Bu tendensiya davam edərsə, 2030-cu ilə qədər oturaq həyat tərzinin səviyyəsinin 35%-ə qədər artacağı proqnozlaşdırılır.

ÜST xəbərdarlıq edir ki, 60 yaşdan yuxarı insanlar ən çox hərəkətsizlikdən əziyyət çəkirlər. Ümumilikdə isə ÜST məlumatlarına görə, oturaq həyat tərzi qadınlar arasında (34%) kişilərdən (29%) daha çox yayılıb.

Oturaq həyat tərzi bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır.

Bu səbəbdən bu gün dünyada 1,8 milyard yetkin insan ürək-damar xəstəlikləri - (infarkt, işemik ürək xəstəliyi), onkoloji xəstəliklər – (döş xərçəngi, kolon xərçəngi və s.)Ş  diabet və piylənmə kimi xəstəliklərlə mübarizə aparır.

Bəs çıxış yolu nədir?

ÜST həftədə ən azı 150 dəqiqə orta fiziki fəaliyyətlə məşğul olmağı tövsiyə edir. Bu, gündə 22 dəqiqə hərəkətdə olmaq deməkdir. Bundan əlavə, orta səviyyəli məşqi intensiv məşqlə əvəz etmək daha faydalı olar. Bu həftəlik 75 dəqiqəlik aktiv fiziki fəaliyyət deməkdir. 

Fiziki fəaliyyət narahatlıq və depressiyadan əziyyət çəkən insanların vəziyyətini, yuxu və idrak qabiliyyətlərini yaxşılaşdırmağa və demans riskini azaltmağa kömək edə bilər.

ÜST insanları gündəlik fiziki aktiv olmaqla xəstəliklərin inkişaf riskini azaltmaq, sağlamlıq və həyat keyfiyyətini qorumaq fürsətini əldən verməməyə çağırır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO