“Bravo”ya basqınla bağlı həbs edilənlərin sayı artıb - Məhkəmə başlayır

“Bravo”ya basqınla bağlı həbs edilənlərin sayı artıb - Məhkəmə başlayır

Hazırda oxunan: “Bravo”ya basqınla bağlı həbs edilənlərin sayı artıb - Məhkəmə başlayır

227514

“Bravo” hipermarketinə edilmiş silahlı basqınla bağlı ittiham olunan şəxslərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iş üzrə toplanmış materiallar yaxın günlərdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

 

Bundan başqa, cinayət işi üzrə əvvəlcədən elan olunmuş təqsirləndirilən şəxslər- Dəyanət Qüdrətov, Azər Məmmədov və Səbuhi Qurbanovdan əlavə istintaq dövründə daha bir neçə nəfər həbs edilib.

 

Qeyd edək ki, silahlı insident bu ilin mart ayında qeydə alınıb. Hadisədə 1 nəfər öldürülüb, 2 nəfər xəsarət alıb. 

 

Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qudrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

 

Ruhlan İsmayılov avtomat silahdan polis əməkdaşlarına müqavimət göstərib. Görülmüş tədbirlərlə o, polis tərəfindən məhv edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO