Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Bizim.Media xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. Xəstəxananın direktoru vəzifəsi Səkinə Sadıxovaya həvalə olunub.
Qeyd edək ki, Sadıxova Səkinə Müzəffər qızı 1966-cı ildə Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumalq kəndində anadan olub.
1985-ci ildə Azərbaycan Respublikası Naxçıvan şəhər Heyran xanım adına tibb məktəbinə daxil olub, 1987-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirib.
1987-1993-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1994-cü ildə Sumqayıt 1 saylı şəhər xəstəxanasında terapiya ixtisası üzrə internatura keçib.
1994-1998-ci illərdə Sumqayıt 1 saylı şəhər xəstəxanasında həkim-terapevt, 1998-2018-ci illərdə Sumqayıt şəhər Səhiyyə şöbəsində müalicə inspektoru, məsləhətçi, 2018-2021-ci illərdə isə Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərib.
2021-2023-cü illərdə Sumqayıt Tibb Mərkəzinin direktoru kimi çalışıb. S.Sadıxova yeni təyinatınadək TƏBİB-in İcraçı direktorunun müşaviri kimi fəaliyyət göstərib.
Qeyd edək ki, Səkinə Sadıxova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Bizim.Media