Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Dekabrın 27-də növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.
Bizim.Media xəbər verir ki, Xocalı 32 ildən sonra doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 21 ailə olmaqla, 119 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşub.
Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Qeyd edək ki, bir neçə gün əvvəl Ballıca kəndinə ilk köç olmuşdu. İlk mərhələdə kəndə 27 ailə, yəni 152 nəfər köçürülüb.
Bizim.Media, Qarabağ bürosu