“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan ilkin araşdırmaların nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın aşağıdakı hava limanlarına reysləri 28 dekabr 2024-cü il tarixindən yekun araşdırma başa çatana qədər Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırıb.
Bu barədə Bizim.Media-ya AZAL-dan məlumat verilib.
Belə ki, aşağıdakı istiqamətlər üzrə uçuşlar dayandırılıb:
• Mineralnıye Vodı
• Soçi
• Volqoqrad
• Ufa
• Samara
• Qroznı
• Mahaçqala
Qeyd edək ki, dekabrın 25-də AZAL Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar vermişdi.
Təhlükəsizlik səbəbindən qeyd edilən istiqamətlər üzrə digər aviaşirkətlərin də uçuşlarının dayandırılması barədə qərar qəbul edilmişdir.
Mövcud vəziyyətlə əlaqədar olaraq, bu istiqamətlər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.
Bununla yanaşı, aviaşirkət bütün uçuş təhlükəsizliyi tələbləri və qaydaları rəhbər tutaraq Moskva, Sankt-Peterburq, Yekaterinburq, Həştərxan, Kazan və Novosibirsk şəhərlərinə uçuşları davam etdirəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:09 / 27.12.2024
AZAL Rusiyanın bu şəhərlərinə uçuşları DAYANDIRDI
Hazırda oxunan: AZAL Rusiyanın bu şəhərlərinə uçuşları DAYANDIRDI
Hazırda oxunan: AZAL Rusiyanın bu şəhərlərinə uçuşları DAYANDIRDI
227286
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.