Həlak olan pilotun 35 illik dostundan AÇIQLAMA – “Qəzadan sonra 38 saniyə danışdıq” - VİDEO

Həlak olan pilotun 35 illik dostundan AÇIQLAMA – “Qəzadan sonra 38 saniyə danışdıq” - VİDEO

Hazırda oxunan: Həlak olan pilotun 35 illik dostundan AÇIQLAMA – “Qəzadan sonra 38 saniyə danışdıq” - VİDEO

227285

"Qəzadan sonra ona zəng etdim. 38 saniyə danışdıq. Son sözü "vəziyyətim yaxşı deyil" oldu". 

Bunu Bizim.Media-ya təyyarə qəzasında həlak olan pilot İqor Kşnyakinin ən yaxın dostu Müzəffər Mirzəyev deyib. 

"35 ildir ki, yaxın dost idik. Çox gözəl pilot və ailə sahibidi idi. Məhləmizə elə insan heç vaxt gələ bilməz. Nəvəm zəng elədi ki, İqor əmi qəzaya düşüb. Anında zəng etdim, 12:29-da danışdıq. Sadəcə 38 saniyə danışdıq. Səsi batmışdı".

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.

İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.


Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO