Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərdən 4 nəfərin cənazəsi və daha 7 yaralı Bakıya gətirilib.
Bizim.Media xəbər verir ki, növbəti reys AZAL-ın xüsusi təyyarəsi ilə həyata keçirilib.
Qeyd edək ki, bu gün həmçinin 7 yaralı Fövqəladə Hallar Nazirliyinin təyyarəsi ilə Bakıya gətirilib.
Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.
Bizim.Media