8 sakini təyyarə qəzasına düşən kənddən REPORTAJ – FOTO

8 sakini təyyarə qəzasına düşən kənddən REPORTAJ – FOTO

Hazırda oxunan: 8 sakini təyyarə qəzasına düşən kənddən REPORTAJ – FOTO

227158

Bu kənddə iki gündür sükutdur...

Söhbət 8 sakini təyyarə qəzasına düşən Zaqatalanın Danaçı kəndindən gedir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, adətən bu kəndə gələndə qonaqları həmişə velospedçilər və motoskletçilər qarşılayardı. Bu kənddə ən çox bu nəqliyyat vasitələrindən istifadə olunur. Çünki bu kəndin hər bir sakini alın təri və zəhməti ilə dolanır. Bu minvalla da onların üz tutduqları ölkələrdə də hər zaman hörmət-izzətlə çalışıb, ad çıxarıblar.

Danaçıların ən çox üz tutduğu ölkə hələ Sovetlər birliyindən Rusiya və onun şəhərlədiridir.



Burada onların qohum-əqrabası, tanışları yetərincə olduğundan qohumluq bağlarını da saxlayırlar. Kənd sakinlərinin həmçinin ən çox üz tutduğu şəhərlərdən biri də elə Qroznıdır.

Bu şəhərdə kiminin oğlu, kiminin qızı, kiminin də bacı-qardaşı yaşayır. Yeni il ərəfəsində isə gedən-gələnlərin sayı daha çox olur.

Elə son təyyarə qəzası zamanı da Danaçıdan 8 nəfər olub. 8 minə yaxın əhalisi olan kəndin küçələrinə son iki gündə sanki sükut çöküb. Bununda başlıca səbəbi təyyarə qəzası ilə bağlıdır.

Təyyarədə qəzaya düşənlər arasında Xızrı və Səliyyət Geerovlar da var. Ötən gün sosial şəbəkələrdə hamının izlədiyi bir video vardı. Orada Səliyyət anası ilə söhbətləşərək ona ürək-dirək verdi.



Ailənin yaxın qohumu və qonşusu Məryəm Əhmədova Geerovlar ailəsinin haqda danışarkən gözləri yaşla dolur. Ailədə üç övlad olduğunu deyən Məryəm xanım hər birinin zəhmətlə böyüdüyünü və yenicə inşa etdikləri evdə xoşbəxt yaşadıqlarını deyir. İndi hamı ailənin qızının tezliklə şəfa tapmasını və atasından da şad xəbər gözləyir.

Qəzada yaralananlardan biri də kənd sakini Mahir Carayevdir. Qardaşı Məzahir deyir ki. xəbəri eşidəndə hamı kimi çox sarsılblar. Qadaşının Qroznıda yaşadığını və bir il əvvəl evləndiyini diqqətə çatdıran Məzahir hadisə barədə əvvəlcə valideynlərinə də xəbər vermədiyini bildirir.



Bu gün qardaşından daha ətraflı məlumat alandan və onun müalicəsinin davam etdiyini biləndən sonra ata-anasına da danışdığını bildirdi. Məzahir qardaşının tezliklə sağalıb evə dönəcəyi günü gözlədiklərini deyir.

Qeyd edək ki, Bakıdan Qroznıya uçan təyyarənin sərnişinlərindən 37-si Azərbaycan vətəndaşı olub. İlkin məlumatlara əsasən onlardan 26-sı həlak olub. Həmin sərnişinlərdən 15 nəfəri Balakən, 10 nəfər isə Zaqatala rayon sakinləridir. Onlardan da ölən və yaralananlar var.

Danaçı sakinləri də vəfat edənləri rəhmətlə anır, sağ qalanların tezliklə şəfa tapması üçün dua edir.






Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO