“Bu bizim üçün çox böyük hadisə idi. Hal-hazırda məsələ dərindən araşdırılır. Qəzanın səbəbləri müəyyənləşdiriləcək və bununla bağlı məlumat veriləcək”.
Bizim.Media xəbər verir ki, bu fikirləri AZAL-ın prezidenti Samir Rzayev jurnalistlərə açıqlamasında bildirib.
“Dərdimiz böyükdür. Allah bütün dünyadan köçənlərimizə rəhmət etsin, yaralılara şəfa versin”, - deyə o qeyd edib.
AZAL-ın Prezidenti qəzadan sağ xilas olanların bu gündən etibarən Vətənə qaytarılmasının planlaşdırıldığını bildirib. Samir Rzayev təyyarənin “qara qutu”sunun tapıldığını da vurğulayıb.
Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Son məlumatlara əsasən, sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, təyyarədə 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:25 / 26.12.2024
AZAL-ın prezidenti təyyarə qəzasının səbəblərindən danışdı – VİDEO
Hazırda oxunan: AZAL-ın prezidenti təyyarə qəzasının səbəblərindən danışdı – VİDEO
Hazırda oxunan: AZAL-ın prezidenti təyyarə qəzasının səbəblərindən danışdı – VİDEO
227118
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.