MEDİA-dan jurnalistlərə təyyarə qəzası ilə bağlı ÇAĞIRIŞ

MEDİA-dan jurnalistlərə təyyarə qəzası ilə bağlı ÇAĞIRIŞ

Hazırda oxunan: MEDİA-dan jurnalistlərə təyyarə qəzası ilə bağlı ÇAĞIRIŞ

226952

MEDİA jurnalistləri AZAL-a məxsus sərnişin təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı yalan məlumatlar yaymamağa çağırıb.

Agentlikdən Bizim.Media-ya verilən məlumatda qeyd olunub ki, bəzi onlayn media subyektlərində "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının səbəblərinə dair müxtəlif mülahizələrə əsaslanan məlumatlar yayılmaqdadır:
 

"Media subyektlərini məlumat yayarkən “Media haqqında” qanunun mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərinə əməl etməyə, rəsmi mənbələrin rəyini əks etdirməyən, təhrif olunmuş informasiya hazırlamaqdan çəkinməyə çağırırıq.


Xüsusi vurğulayırıq ki, bu kimi hallar media etikasının tələblərinə cavab verməməklə yanaşı, media subyektinin hüquqi məsuliyyətini şərtləndirir".

Jurnalistləri, ictimai fəalları belə məsələlərə qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa, cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağırırıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO