Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Şahnəzərli kənd sakini Eyvaz Qafarov saxlanılıb.
Ona məxsus fərdi yaşayış evinə baxış zamanı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 19 ədəd çətənə bitkisi aşkarlanıb.
Faktla bağlı Şabran Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:42 / 28.05.2021
Şabranda həyətində narkotik yetişdirən şəxs saxlanıldı
Hazırda oxunan: Şabranda həyətində narkotik yetişdirən şəxs saxlanıldı
Hazırda oxunan: Şabranda həyətində narkotik yetişdirən şəxs saxlanıldı
22675
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.