Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər sakini 1962-ci il təvəllüdlü Ayaz Şirməmmədovu maşın vurub.
Nəticədə piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən avtomobilin markası və seriya nömrəsi dəqiqləşdirilir.
Şəhər ərazisində baş verən digər qəzada isə 1969-cu il təvəllüdlü Quliyev Nizami Sabir oğlu yolu keçmək istəyərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub.
Yaralı yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Piyadaya ilkin yardım göstərilib, vəziyyəti orta-ağıdır.
Bizim.Media