TƏBİB-dən diplomsuz plastik cərrahlarla bağlı AÇIQLAMA

TƏBİB-dən diplomsuz plastik cərrahlarla bağlı AÇIQLAMA

Hazırda oxunan: TƏBİB-dən diplomsuz plastik cərrahlarla bağlı AÇIQLAMA

226565

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov diplomsuz plastik cərrahlarla bağlı məsələyə aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, o bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
 

“TƏBİB daxilində işə qəbul qaydaları öz daxili prosedur qaydaları ilə tənzimlənir. Biz qanunvericiliyin tələbini əsas götürürük. Həkimlərin ixtisas seçimi, sertifikasiya nəticələri nəzərə alınır. Plastik əməliyyatlar icbari tibbi sığorta təminatına daxil deyil. Bu prosedurlar ödənişli qaydada həyata keçirilə bilər.


Bizim işə götürdüyümüz cərrahlar Azərbaycan qanunvericiliyinə uyğun işə götürülən plastik cərrahlardır.

Mən ancaq TƏBİB tabeli xəstəxanalarla bağlı suallara cavab verə bilərəm. TƏBİB tabeli xəstəxanalarda baş verən bütün ölüm halları ciddi şəkildə araşdırılır. Bununla bağlı TƏBİB tabeliyində ölüm komissiyası fəaliyyət göstərir”, - V. Qurbanov əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO