Təcili yardıma ən çox çağırış bu ərazidən OLUB – RƏSMİ

Təcili yardıma ən çox çağırış bu ərazidən OLUB – RƏSMİ

Hazırda oxunan: Təcili yardıma ən çox çağırış bu ərazidən OLUB – RƏSMİ

226546

“Cari ilin 11 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 1,6 milyondan çox çağırış qeydə alınıb”.

Bizim.Media xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov qurumun 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair keçirdiyi brifinqdə deyib. 

O bildirib ki, ən çox müraciət Bakı şəhəri üzrə olub:
 

"Paytaxtda 11 ay ərzində 781 min 152 müraciət qeydə alınıb. Sumqayıt üzrə 132 min 711, Gəncə üzrə 93 min 536, Abşeron üzrə 34 min 46, Mingəçevir üzrə isə 38 min 357 çağırış qeydə alınıb.


Bakı üzrə olan çağırışlar əsasında 742 min 152 nəfərə yerində yardım olunub, 75 min 21 nəfər isə müxtəlif profilli tibb müəssisələrinə hospitalizasiya olunub, müraciətlərin 39 minini əsassız çağırışlar təşkil edib. Ümumiyyətlə, Bakı üzrə gündəlik olaraq müraciətlərin sayı təxminən 2 min 200 - 2 min 300 arasında dəyişir”.

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO