Bələdiyyə sədri məhkəmə zalında həbs edildi

Bələdiyyə sədri məhkəmə zalında həbs edildi

Hazırda oxunan: Bələdiyyə sədri məhkəmə zalında həbs edildi

226029

Cəlilabad rayonunun Təzəkənd kənd bələdiyyəsinin sədri Rafiq Hacıyev həbs edilib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Hacıyev vəzifə səlahiyyətləridən sui-istifadə etməklə külli miqdarda rüşvət almaqda təqsirli bilinib.

Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı dövründə azadlıqda idi. Cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə araşdırılıb.

Hökmə əsasən, R.Hacıyev 8 il 3 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Rafiq Hacıyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO