Son araşdırmalar göstərir ki, ağıllı saatlar və fitnes izləyicilərində istifadə olunan bəzi materiallar insan sağlamlığı üçün risklər yarada bilər. Bahalı ağıllı qolbaqların istehsalında istifadə edilən flüorlu sintetik kauçukun tərkibində zərərli "kimyəvi maddələr" (PFAS) tapılıb.
Bizim.Media BAKU.WS saytına istinadən xəbər verir ki, mövzuya mütəxəssislər münasibət bildiriblər.
Onların sözlərinə görə, bu qolbaqların tərkibində perfluoroheksanoik adlı turşu (PFHxA) var.
PFHxA həm ətraf mühitə, həm də insan sağlamlığına ciddi təsirləri ilə tanınan PFAS kimyəvi maddələr qrupunun üzvüdür.
PFAS maddələri davamlılığı artırmaq, çirklənmənin qarşısını almaq və suyu dəf etmək xüsusiyyətlərinə görə bir çox istehlak məhsulunda, o cümlədən ağıllı qolbaqlarda istifadə olunur. Lakin bu kimyəvi maddələr dəri ilə təmasda bədənə keçə bilər.
Scripps Araşdırma İnstitutunun mütəxəssisi Qrem Peasli bu məsələyə diqqət çəkərək bildirib:
"Bu məhsulların tərkibində kimyəvi maddənin belə yüksək səviyyədə olması uzun müddət dərimizlə təmasda olanda narahatlıq doğurur."
Tədqiqatçılar müxtəlif markalardan olan 22 ağıllı saat və fitnes qolbağını araşdırıb. 13 flüorlu elastomer qolbağın hamısında flüor, doqquz qolbaqdan ikisində isə flüor izləri tapılıb. Daha bahalı məhsullarda flüor səviyyələrinin ümumiyyətlə daha yüksək olduğu müşahidə edilib.
Maddənin konsentrasiyası bəzi nümunələrdə 16,000 ppb-ə çatıb ki, bu da kosmetik məhsullarda rast gəlinən səviyyələrdən dörd dəfə yüksəkdir.
PFHxA-nın dəri vasitəsilə nə dərəcədə bədənə keçdiyi və təsirləri hələ tam olaraq müəyyən edilməyib. Buna baxmayaraq tədqiqatlar göstərir ki, normal şəraitdə belə bu maddə dəri tərəfindən əhəmiyyətli dərəcədə udula bilər.
Mütəxəssislər istifadəçilərə silikon əsaslı, daha ucuz qolbaqlar seçməyi tövsiyə edir. Bahalı məhsulları almaq istəyənlərə isə "flüorlu elastomer" tərkibindən çəkinmələri məsləhət görülür.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:54 / 19.12.2024
Ağıllı saat istifadə edənlərə XƏBƏRDARLIQ
Hazırda oxunan: Ağıllı saat istifadə edənlərə XƏBƏRDARLIQ
Hazırda oxunan: Ağıllı saat istifadə edənlərə XƏBƏRDARLIQ
226004
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.