Ali Məhkəmədə vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Qəhrəman Orucovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, Qəhrəman Orucov 2019-2021-ci illərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nəzdində fəaliyyət göstərən 11 saylı cəzaçəkmə müəssisəsi üzrə 115 saylı xüsusi əyani-qiyabi tam orta məktəbin direktoru vəzifəsində çalışıb. O, çalışdığı müddət ərzində şagirdlərin attestat almalarına dair vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
Zərərçəkmiş qismində Təhsil Nazirliyinin Bakı şəhər Təhsil İdarəsi tanınır.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasının təyin edilib. Eyni zamanda zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Təhsil Nazirliyinin Bakı şəhər Təhsil İdarəsinin Qəhrəman Orucova qarşı mülki iddiası təmin edilib, təqsirləndirilən şəxsdən cinayət əməli nəticəsində vurulmuş 16975,69 manat pul tutularaq, sözügedən İdarənin hesabına ödənilməsi hökm olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:22 / 19.12.2024
Elektron qolbaq taxılan sabiq məktəb direktorundan XƏBƏR VAR
Hazırda oxunan: Elektron qolbaq taxılan sabiq məktəb direktorundan XƏBƏR VAR
Hazırda oxunan: Elektron qolbaq taxılan sabiq məktəb direktorundan XƏBƏR VAR
225963
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.