Qusarın icra başçısı ilin ilk “hesabatını” şagirdlərə verdi - FOTO

Qusarın icra başçısı ilin ilk “hesabatını” şagirdlərə verdi - FOTO

Hazırda oxunan: Qusarın icra başçısı ilin ilk “hesabatını” şagirdlərə verdi - FOTO

225736

Qusarda rayon rəhbərliyinin bir qrup yuxarı sinif şagirdi ilə görüşü baş tutub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində icra başçısı Sahir Məmmədxanovla rayonun şəhər və kənd məktəbinin 30 nəfər yuxarı sinif şagirdi arasında görüş baş tutub.

Görüş səmimi və qarşılıqlı dialoq və müzakirə nəticəsində keçib. Şagirdləri salamlayan rayon rəhbəri dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Qusara icra başçısı təyin olunduğu gündən - 2024-cü il iyun ayının 8-dən rayonda gördüyü və bundan sonra da görəcəyi işlər barədə bir növ onlara “hesabat” verib.

Şagirdlər rayon rəhbərinin bu məsul vəzifəyə necə təyin olunması ilə maraqlanıblar.

Sorğuya səmimi cavab verən Sahir Məmmədxanov İsmayıllı rayonunun Qubaxəlilli kəndində doğulduğunu, zəhmətkeş ailədə böyüdüyünü və bu yüksək posta bir çox çətinliklər və aldığı yüksək təhsil sayəsində gəlib çatdığını bildirib.
 

Qusarlı şagirdlər rayon icra başçısına onları narahat edən problemləri çatdırıblar. Bildiriblər ki, rayonda onların asudə vaxtlarını səmərəli keçirmək üçün uşaq əyləncə mərkəzləri  və idman meydançaları yoxdur.


Öz növbəsində Sahir Məmmədxanov bu istiqamətdə görəcəyi işlər barədə də məktəbliləri məlumatlandırıb.
















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO