Bəzən sosial şəbəkələrdə mağazaların müştərilərin video görüntülərini paylaşdıqlarını görürük.
Hətta mağazada oğurluq halları baş verdikdə sahibkarlar video görüntüləri yaymaqla təhdid etdiklərini də görürük. Son dövrlərdə “Tiktok” sosial şəbəkəsində bu cür videolarla məşhur olan mağazalardan biri də kosmetik məhsullar satan “Nargiz shop”dur. Bu mağaza bir dəfə qadının oğurluq etdiyini iddia edərək videolarını paylaşmışdı. Ötən günlərdə isə orta yaşlı bir qadının mağazadan əsəbi çıxması ilə bağlı videosunu paylaşıb və 5 milyondan çox baxış alıb.
Obyektlərin müştərisinin video görüntülərini paylaşması nə dərəcədə doğrudur?
Hüquqşünas Ramil Süleymanov Bizim.Media-ya kamera görüntülərinin paylaşılmasının qanuna zidd olduğunu bildirib.
“Baş vermiş hər hansısa sosial əhəmiyyətli və ya hər hansısa bir cinayət hadisəsi ilə bağlı görüntü varsa, paylaşılması yolverilməzdir, bu hallar şəxsi həyat toxunulmazlığı hüququnun pozuntusu hesab edilir. Cinayət hadisəsi barədə hər hansısa bir video material varsa, ümumiyyətlə paylaşmaq olmaz. Çünki bu hər hansısa bir istintaq sirri təşkil edə bilən məlumatlar ola bilər ki, onlar cinayətin gələcəkdə açılması ilə bağlı əngəllər törədə bilər”.
“Vətəndaşlar polisə şikayət edə bilərlər”
Hüquqşünas kamera görüntülərinin hansı məqsədə xidmət etdiyini bir daha sahibkarlara xatırladır.
“Kamera görüntüləri yalnız obyektlərin qorunmasına xidmət edir. Qalan bütün hallarda həmin video görünütün paylaşılması və video görüntünün qeydə alınması qanunvericiliklə pozuntudur və buna görə, hüquq mühafizə orqanları tərəfindən araşdırma başlana bilər. Eyni zamanda belə halla rastlaşan vətəndaşlar polisə, məhkəməyə müraciət etməklə şəxsi həyat toxunulmazlığı barədə pozuntunun olması ilə bağlı şikayət edə bilərlər”.
Nuray, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 18.12.2024
Mağaza sahibinin müştərilərin kamera görüntülərini yayması QANUNİDİRMİ? – HÜQUQİ İZAH
Hazırda oxunan: Mağaza sahibinin müştərilərin kamera görüntülərini yayması QANUNİDİRMİ? – HÜQUQİ İZAH
Hazırda oxunan: Mağaza sahibinin müştərilərin kamera görüntülərini yayması QANUNİDİRMİ? – HÜQUQİ İZAH
225673
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.