Bakıda söküntü işlərinə START VERİLİR – Mənzillər BAHALAŞACAQ?

Bakıda söküntü işlərinə START VERİLİR – Mənzillər BAHALAŞACAQ?

Hazırda oxunan: Bakıda söküntü işlərinə START VERİLİR – Mənzillər BAHALAŞACAQ?

225639

Məlum olduğu kimi Bakı şəhəri Yasamal rayonu ərazisində yeni parkın salınması məqsədilə ətraf mühitin abadlaşdırılması və köhnə tikililərin sökülməsi işlərinə start veriləcək.

Mərkəzi Parkın davamı olaraq planlaşdırılan bu layihə S.Tağızadə, A.Şaiq və N.Aşurbəyova küçələrini əhatə edəcək. Layihənin icrası ilə bağlı tender müsabiqəsi elan edilib. Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC tərəfindən təqdim olunan müsabiqədə ümumi büdcə 38 milyon manat olaraq göstərilib.

Bəs, bu layhənin icrası daşınmaz əmlak bazarına necə təsir edəcək?

Suala Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, layihəyə əsasən paytaxtın müəyyən ərazilərində köhnə binalar söküləcək:

“Bu da o deməkdir ki, həmin sökülən binaların sahiblərinə kompensasiya və yaxud müvafiq mənzil veriləcək. Bu da birbaşa mənzil bazarında canlanma yaradacaq.  Çünki bu cür layihələr potensial alıcı kütləsi formalaşdırır. Alıcıların çoxalması da daşınmaz əmlak bazarında tələbatı artırır. Artan tələbat fonunda isə yeni qiymətlər formalaşır.

Üstəlik, bu layihə əmlak bazarına psixoloji təsir edir. Hər kəs düşünür ki, qiymət bahalaşacaq. Ona görə də 38 milyon manatlıq layihə Bakının mənzil bazarındakı qiymətləri az da olsa bahalaşdıracaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO