Bakının Xətai rayonunda 15 yaşlı qızın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, avtomobil yolu keçən 2009-cu il təvəllüdlü Fidan Nəzərlini vurub.
Zərərçəkmiş müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media