Sosial sahədəki elektron xidmətlərə 34 milyondan çox müraciət edilib

Sosial sahədəki elektron xidmətlərə 34 milyondan çox müraciət edilib

Hazırda oxunan: Sosial sahədəki elektron xidmətlərə 34 milyondan çox müraciət edilib

225593

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə bu ilin yanvar-noyabr aylarında 34 milyondan çox müraciət edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 6,2 milyon dəfə istifadə olunub.
 

233 min təyinat e-infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.


Son illərdə sosial sahədə geniş elektronlaşma proqramı icra olunub. Hazırda nazirliyin 160 xidmətindən 145-dən çoxu elektron qaydada təqdim edilir. Həmçinin 50-dən çox proaktiv xidmət, geniş funksional imkanlara malik e-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi yaradılıb.

Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin 11 ayında nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 623 milyon olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO