BNA-da 7 milyonluq yeyinti QALMAQALI 

BNA-da 7 milyonluq yeyinti QALMAQALI 

Hazırda oxunan: BNA-da 7 milyonluq yeyinti QALMAQALI 

22553

Bakı Nəqliyyat Agentliyində (BNA) 7 milyon manatlıq yeyinti aşkarlandığı iddia olunur.

Mətbuatda bu barədə yer alan məlumatda qurumda yoxlama aparıldığı və BNA-nın sədri Vüsal Kərimliyə yoxa çıxarılmış iri həcmdə dövlət vəsaitinin geri qaytarılması üçün 1 həftə vaxt verildiyi qeyd olunub. İddia olunur ki, qurum rəhbəri büdcə vəsaitləri hesabına həyata keçirdiyi miqyaslı layihələrin icrası zamanı külli miqdarda mənimsəmələrə yol verib. BNA rəhbəri yolların çəkilişi və təmiri zamanı  hərəkətin təhlükəsizliyini təmin edən 5 kilometr uzunluğunda xüsusi metal məhəccərlərin çatışmazlığı, səkilərin kənarına düzülən bordyur daşlarının sənədləşmədə BNA-nın özünə məxsus materialı kimi rəsmiləşdirdiyi, eləcə də səkilərə döşənən tamet örtüyünün altına vurulmalı olan möhkəm beton təbəqənin kağız üzərində mövcud olduğuna görə ittiham olunur. 
 

MÖVZU İLƏ BAĞLI:

BNA-dan gülünc AÇIQLAMA - “Avtobuslarda soyutma sistemi mərkəzləşdirilmiş qaydada işləyir”


Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Bizim.Media-ya açıqlamasında yeyinti iddialarına münasibət bildirib.

Qurum rəsmisinin sözlərinə görə mediada gedən məlumat tam əsassız və kimlərinsə yalan təxəyyülünün məhsulundan başqa bir şey deyil:

“Burada rəsmiyyət yoxdur. Nə istinad ediləcək mənbə var, nə də başqa bir şey... Boş cəfəng söz yığınıdır. Vətəndaşlarımıza layiqli nəqliyyat xidmətləri göstərilməsi üçün görüləcək çox işlər var və hazırda bu kimi qeyri-ciddi işlərlə məşğul olmağa vaxt yoxdur”, deyə Mais Ağayev əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO