Dünən axşam saatlarından etibarən Mingəçevirdə əsən külək fəsadlar törədib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, güclü külək nəticəsində şəhərdə iri gövdəli və xırda ağaclar aşıb.
Külək nəticəsində bir yaşayış binasının dam örtüyü uçub, elektirik naqilləri və internet xətləri qırılıb.
Hazırda şəhərin müxtəlif ərazilərində qeydə alınan fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
Bizim.Media, Qarabağ bürosu