“Azərbaycan Ermənistanın sərhəd “alışqanlığı”na son qoyur” – GƏRGİNLİK böyüyəcəkmi?

“Azərbaycan Ermənistanın sərhəd “alışqanlığı”na son qoyur” – GƏRGİNLİK böyüyəcəkmi?

Hazırda oxunan: “Azərbaycan Ermənistanın sərhəd “alışqanlığı”na son qoyur” – GƏRGİNLİK böyüyəcəkmi?

22486

“Azərbaycan müharibədə qələbə qazandıqdan sonra Ermənistanla sərhədi müəyyənləşdirməyə başlayıb. Bu normal proses Ermənistanda narazılıq yaradıb. Çünki, 30 ilə yaxındır sərhədin nə olduğunu bilmirdilər, Qarabağ və ətraf rayonların əbədi nəzarətlərində qalacağını zənn edir və buna alışmışdılar. İndi Azərbaycan hərbçiləri onların bu “alışqanlığına” son qoyur”. 

Bizim.Media xəbər verir ki, bu şərhlə politoloq Elxan Şahinoğlu “Facebook” hesabında çıxış edib. Politoloqun fikrincə, Ermənistan hakimiyyəti çox istəyir ki, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı prosesə müdaxilə etsin:
 

“Ancaq Rusiya və təşkilat prosesə müdaxilə etmir. Bu İrəvanın daha çox narazılığına səbəb olur. Ermənilər bu məsələdə özlərini təklənmiş kimi hiss edirlər. Ermənistan hakimiyyətinin məqsədi sərhəddə vəziyyəti gərginləşdirmək və Rusiyadan dəstək almaqdır. Çünki, Ermənistan müharibədə itirdiklərinin yerini doldura bilməyib, sərhədini qorumayacaq duruma sürüklənib.


Ölkənin xarici işlər naziri Ara Ayvazyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşdə Rusiyanın işə qarışmasını xahiş edib. Rusiya niyə müdaxilə etməlidir ki? Sərhəd iki dövlət – Azərbaycan və Ermənistan arasında həll olunmalıdır.

Əgər Rusiya prosesə müdaxilə edərsə, bu ölkə ilə Azərbaycanın münasibətləri gərginləşəcək. Kreml bunu istəmir. Rəsmi Bakı isə bunun qarşılığında Ermənistana gizli yollarla ötürülən “İsgəndər – M” raketləri məsələsini qabartmamağa qərar verib”.

Politoloq iyunun 20-də Ermənistanda keçirilməsi nəzərdə tutulan parlament seçkisinə də toxunub. O, deyib ki, Rusiya Ermənistanda hakimiyyətə kimin gəlməsini müəyyənləşdirmək istəyir: 
 

“Azərbaycanı isə Ermənistandakı parlament seçkisi və onun nəticələri maraqlandırmamalıdır. Biz fasilə vermədən sərhədin müəyyənləşdirilməsi prosesini davam etdirməliyik. Sərhəd müəyyənləşdikcə, Azərbaycan sərhədçiləri strateji məntəqələrə nəzarəti ələ keçirirlər. Bu sıraya Ermənistanın yollarını, hava limanlarını və şəhərlərini göstərə bilərik.


Hansı ki, Azərbaycan üçün strateji üstünlük qazandırır. Ermənistan gələcəkdə yenə Azərbaycana qarşı təxribata baş vurarsa, yenidən Qarabağda separatçılığa başlayarsa, bu halda müharibə yalnız Qarabağı əhatə etməyəcək. Bu dəfə Azərbaycan ordusu sərhəddən nəzarət saxladığı Ermənistanın yollarını, hava limanlarını və şəhərlərini hədəf seçəcək”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO