Qızıl Aypara Cəmiyyətinin Bərdə filialında rüşvət QALMAQALI - İstintaq GEDİR

Qızıl Aypara Cəmiyyətinin Bərdə filialında rüşvət QALMAQALI - İstintaq GEDİR

Hazırda oxunan: Qızıl Aypara Cəmiyyətinin Bərdə filialında rüşvət QALMAQALI - İstintaq GEDİR

22442

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilkin araşdırma aparılmaqla 25.05.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə (rüşvət alma külli miqdarda törədildikdə) cinayət işi başlanıb.

Bununla bağlı Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Prokurorluq bu qurumda araşdırma aparır


Aparılmış ilkin istintaqla Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinin sədri İsmayılov Xanlar Xeyrulla oğlunun 2012-ci ildən işlədiyi müddət ərzində ünvanlı sosial yardım almaları üçün qanunvericiliklə müəyyən edilmiş tələbin - rəsmi iş yerinin olmasının təmin edilməsi ilə əlaqədar ona müraciət etmiş müxtəlif şəxslərin adlarını işçi kimi rəsmiləşdirmək müqabilində sonuncuların əmək haqqı kartlarını özündə saxlamaqla, həmin əmək haqqı kartlarına daxil olan vəsaiti hər ay nağdlaşdıraraq, külli miqdarda pul vəsaitini rüşvət qismində təkrarən almasına əsaslı şübhələr müəyyən edilib.

Hazırda cinayət törətmiş şəxslərin dairəsinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO