“Azəriqaz”ın əməkdaşlarının döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

“Azəriqaz”ın əməkdaşlarının döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: “Azəriqaz”ın əməkdaşlarının döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

22433

Bakı şəhəri Sabunçu rayonunda “Azəriqaz”ın əməkdaşlarının döyülməsi ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə aprelin 19-da qeydə alınıb:
 

MÖVZU İLƏ BAĞLI:

“Azəriqaz” əməkdaşları döyüldü - Ağır xəsarət alanlar var - VİDEO  


"Bununla bağlı bildiririk ki, aprelin 19-da “Azəriqaz” İB-in əməkdaşlarının ərazidə xidmət etdiyi zaman qaz xəttinin yerinin dəyişdirilməsi səbəbindən əməkdaşlardan biri- İlkin Əzizovun abonentlə mübahisəsi yaranması və abonentin qohumu olan Elnur Əliyevin həyətdən çıxaraq yumruqla onun çənə nahiyəsindən zərbə endirməsi barədə müraciət əsasında Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılıb.

Fakta görə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO