Lerikdə vəzifəli şəxsin ölümü ilə bağlı təfərrüatlar MƏLUM OLDU

Lerikdə vəzifəli şəxsin ölümü ilə bağlı təfərrüatlar MƏLUM OLDU

Hazırda oxunan: Lerikdə vəzifəli şəxsin ölümü ilə bağlı təfərrüatlar MƏLUM OLDU

224105

Lerik rayonunda Kiravud kənd ərazi icra nümayəndəsi Şəfiq Əliyevin ölümü ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 30 yaşlı Ş.Əliyev günorta saatlarında iş üçün əraziyə çıxacağını bildirib və həmin andan etibarən onunla əlaqə kəsilib.

Axşam saatlarında yaxınları tərəfindən axtarışa çıxarılan icra nümayəndəsinin avtomobili Boykənd kənd qəbiristanlığının qapısında aşkar edilib. Daha sonra yaxınlarının qəbiristanlıqda apardığı axtarış nəticəsində onun meyiti tapılıb.

Meyit ekspertiza üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə göndərilib. Ölümün səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma davam edir.


Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO