Deputat gömrük generallarının işdən çıxarılmasından danışdı -

Deputat gömrük generallarının işdən çıxarılmasından danışdı -"Heç bir hal bağışlanmayacaq"

Hazırda oxunan: Deputat gömrük generallarının işdən çıxarılmasından danışdı -"Heç bir hal bağışlanmayacaq"

223793
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı Dövlət Gömrük Komitəsində həyata keçirilən islahatlardan danışıb.xa0

Moderator.az xəbər verir ki, xanım deputat Sfera.az-a açıqlamasında deyib ki, Azərbaycanda müxtəlif sahələrində mövcud ciddi nöqsanlar ölkə prezidentinin daim diqqətindədir:

"Bunun nəticəsidir ki, həmin problemlərin aradan qaldırılması üçün çox operativ tədbirlər həyata keçirilir. Əgər hər hansı qurumların idarəçilik mexanizmində ciddi problem varsa, həmin məqamlar sadələşdirilir və təkmilləşdirilir".

Məlahət İbrahimqızı bildirib ki, mövcud nöqsanlar həmin vəzifəni icra edən şəxslərlə bağlı olanda, ölkə prezidenti həmin şəxslərin dəyişdirilməsi ilə bağlı çox barışmaz mövqe tutur:

"Onsuz da Azərbaycanda bütün sahələrdə davamlı və çox ciddi islahatlar gedir. Möhtərəm prezidentimiz də dəfələrlə çıxışlarında bəyan edib ki, Azərbaycan dövlətinin imicinə zərər vuran heç bir hal bağışlanmayacaq. Bu, istər xidməti olsun, istərsə də xidməti olmasın. Ona görə də tutduğu vəzifədən asılı olmayaraq hər kəs Vətəninə, prezidentin həyata keçirdiyi uğurlu siyasətə dəstək vermək üçün əlindən gələni etməlidir. Hər bir vəzifəli şəxs də öz vəsifəsini məsuliyyət və vicdanla yerinə yetirməlidir".xa0

Millət vəkili qeyd edib ki, Azərbaycan xalqı prezident İlham Əliyevin həyata keçirdiyi bütün islahatları böyük məmnunluqla dəstəkləyir:xa0

"Hər kəs bu islahatları alqışlayır, xalqımız əmindir ki, bu islahatlar ardıcıl olaraq davam etdiriləcək".

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyevin əmri ilə Hava Nəqliyyatında Baş Gömrük idarəsinin rəisi, gömrük xidməti general-mayoru Sadiq Abduyev və Gömrük Hospitalının, Tibbi Xidmət İdarəsinin rəisi general-mayor Qədiməliyev Fikrət Gülverdi oğlu tutduğu vəzifəsindən azad edilərək, sərəncama göndərilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO