“Keyfiyyətsiz dərmanlar həkimləri çətin vəziyyətdə qoyur”
 -Qənirə Paşayeva

“Keyfiyyətsiz dərmanlar həkimləri çətin vəziyyətdə qoyur” -Qənirə Paşayeva

Hazırda oxunan: “Keyfiyyətsiz dərmanlar həkimləri çətin vəziyyətdə qoyur” -Qənirə Paşayeva

223725

“Dərman vasitələrinin keyfiyyətsizliyi bəzən həkimləri də çətin vəziyyət qarşısında qoyur”.


Moderator.az-ınxa0 məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında çıxış edən Qənirə Paşayeva xa0deyib

Deputat bildirib ki, dərmanların keyfiyyətsizliyindən, zərərindən ilk növbədə insanlar, xəstəliyi olan şəxslər əziyyət çəkir.

“Ancaq burada ikinci əziyyət çəkən tərəf məhz həkimlərdir. Onlar xəstələrə, pasiyentlərə resept yazırlar və bəzən onların yazdığı dərmanlar özlərindən asılı olmayan səbəblərdən keyfiyyətsiz, zərərli olur. Bu da həkimləri nəticə etibarı ilə çətin vəziyyət qarşısında qoyur. Ona görə təklif olunan dəyişikliklər çox mühüm dəyişikliklərdir və onların cəmiyyətdə geniş təbliğatı, izahatı aparılmalıdır. Buna ciddi ehtiyac var. Onu da açıq şəkildə qeyd edim ki, biz xaricə gedərkən insanların, yaxınların, tanış-bilişlərin ən çox xahiş etdikləri məsələ dərmanlarla bağlı xahiş olur. Onlar bizdən xahiş edir ki, gələrkən filan-filan dərmanları alıb-gətirin. Çünki cəmiyyətimizdə artıq dərmanların keyfiyyətinə böyük inamsızlıq var. Onlar dərmanların keyfiyyətsizliyindən şikayətçidirlər. Ona görə də bu məsələyə ciddi diqqət yetirmək lazımdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO