İran Dövlət Teleradiosunun keçmiş rəhbəri: "Azərbaycan dilində telekanalın açılmasına mane olurlar"

İran Dövlət Teleradiosunun keçmiş rəhbəri: "Azərbaycan dilində telekanalın açılmasına mane olurlar"

Hazırda oxunan: İran Dövlət Teleradiosunun keçmiş rəhbəri: "Azərbaycan dilində telekanalın açılmasına mane olurlar"

223676

İran Dövlət Televiziya və Radiosunun keçmiş rəhbəri İzzətullah Zərqami ölkədə paniranistlərin Azərbaycan əhalisinə dəstək məqsədi daşıyan hər hansı layihələrin həyata keçirilməsinə mane olduqlarını bildirib. Xüsusilə, İranda 20 milyondan çox etnik azərbaycanlının yaşamasına baxmayaraq, Azərbaycan dilində milli televiziya kanalının açılmasına mane olublar.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Azad İran" "Telegram" kanalı yayıb.

Zərqaminin sözlərinə görə, Azərbaycan dilində telekanalın işə salınması ideyası ölkədə rəqəmsal kanalların yayımına başlandıqdan sonra yaranıb. Bununla belə, bir qrup paniranist İranın ali rəhbərinə şikayət edərək, Zərqamini "fars dilini təhlükəyə atmaq" cəhdində ittiham edib. Nəticədə ali rəhbər birmənalı mövqe bildirməyib və Zərqamiyə tövsiyə edib ki, iki nüfuzlu şəxslə - Mirhüseyn Musəvi və Əbdüləlizadə ilə də məsləhətləşsin. Onların hər ikisi televiziya kanalının açılması ideyasına razılıq veriblər.

Bununla belə, yekun qərarı Milli Təhlükəsizlik Ali Şurasının Katibliyi verməli olub. Zərqami 6 ay onların hökmünü gözləsə də, bu məsələ ilə bağlı iclas heç cür baş tutmayıb. Nəticədə Azərbaycan dilində telekanalın layihəsi dondurulub.

Zərqami qeyd edir ki, İranda türkdilli əhalinin maraqlarına uyğun istənilən təşəbbüs paniranistlər tərəfindən əngəllənir. Buna baxmayaraq, Güney Azərbaycanın bölgələrində Azərbaycan dilində 4 yerli telekanalın açılmasına nail olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO