Vəfat etmiş əlil şəxsin təqaüdünü həyat yoldaşı ala bilər? – RƏSMİ AÇIQLAMA

Vəfat etmiş əlil şəxsin təqaüdünü həyat yoldaşı ala bilər? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Vəfat etmiş əlil şəxsin təqaüdünü həyat yoldaşı ala bilər? – RƏSMİ AÇIQLAMA

223661

Vətəndaşların pensiya alması ilə bağlı müəyyən qayda və qanunlar mövcuddur. Onlardan biri də vəfat edən ər və ya arvadın pensiyasını müvafiq olaraq həyatda qalan arvad və ərin alması məsələsidir. Bu, qanunvericiliklə tənzimlənir.

Belə ki, əgər pensiyaçı ər vəfat edirsə, onun həyat yoldaşı özü də pensiya yaşına çatıbsa, pensiya alırsa, onda ərinin pensiyasını almaq hüququna malikdir. Bu qayda, eyni zamanda, ər üçün də keçərlidir. Sadəcə, burada kiçik bir nüans var. Yəni, əgər vəfat edən şəxsin (ər və ya arvad) pensiyası yaşayan şəxsin pensiyasından çoxdursa, həyatda qalan şəxs öz az məbləğli pensiyasından imtina etməklə ölən həyat yoldaşının daha çox məbləğli pensiyasını seçə bilər.

Tutaq ki, ər 400 manat pensiya alır və vəfat edirsə, 350 manat pensiya alan arvad ən böyük məbləğli pensiyanı seçə bilər. Bunun üçün öz 350 manat pensiyasından imtina etməlidir. Yəni hər iki pensiya məbləği hesablanaraq həyatda qalan şəxsə verilmir.

Bəs vəfat edən şəxs yaşa görə yox, əlilliyə görə pensiya alırsa, bu qayda onda da keçərlidirmi?

Dövlət Sosial Müdafiə Fondundan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, əgər vəfat edən şəxsin əliliyə görə aldığı təqaüd daha çoxdursa, onun həyat yoldaşı öz pensiyasından imtina etməklə həmin məbləği seçə bilər.

Yəni burada da əgər ər əlildirsə və əlillik müavinəti alırsa, onun arvadının pensiya hüququ varsa, öz pensiyasından imtina edib daha çox məbləğli əlillik müavinətini almaq üçün müraciət edə bilər.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO