Vüqar Həşimovun valideynlərinin son vəziyyəti bəlli oldu

Vüqar Həşimovun valideynlərinin son vəziyyəti bəlli oldu

Hazırda oxunan: Vüqar Həşimovun valideynlərinin son vəziyyəti bəlli oldu

223660

Abşeron rayonu, Novxanı bağlarında fərdi yaşayış evində baş verən partlayışda xəsarət alan mərhum şahmat ustası Vüqar Həşimovun valideynlərinin son durumu bəlli olub.

Bizim.Media xəbər verir ki, bu barədə idman.biz-ə mərhum qrosmeysterin bacısı Samirə Allahverdiyeva məlumat verib.

O bildirib ki, valideynləri hələlik reanimasiyadadırlar:

"Atam müalicəsini Mərkəzi Neftçilər Xəstəxanasında davam etdirir. Hələlik əməliyyat olunmayacaq. Bunun həkim nəzarətində müəyyən mərhələlərdən keçdikdən sonra reallaşması gözlənilir. Lakin anam sabah əməliyyat ediləcək. O, "Yeni Klinika"da müalicə alır. Özləri ilə danışmışıq. Hər ikisinin vəziyyəti hazırda orta ağırdır".

Qeyd edək ki, Vüqar Həşimovun atası Qasım Həşimova hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, anası Aida Həşimovaya isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO