Şəkidə dəm qazından zəhərlənən ailə üzvləri evə buraxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Şəki Rayon Mərkəzi xəstəxanası yayıb.
Xatırladaq ki, ötən gün Kiş kənd sakini Taryel Abdullayev və ailə üzvləri, həyat yoldaşı, 31 yaşlı Billur Abdullayeva, övladları 5 yaşlı Fərid və 1 yaşlı Məhəmməd Abdullayevlər dəm qazından zəhərlənmə diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olmuşdular.
Xəstəxananın tibb personalı ailə üzvlərinin sağlamlığı üçün bütün tibbi prosedurları həyata keçirib və onlar sağlamlığına qovuşub.
Həkimlərin məsləhəti ilə Abdullayevlər ailəsi gecəni xəstəxanada keçirəndən sonra bu səhər evə buraxılıblar.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:34 / 03.12.2024
Şəkidə dəm qazından zəhərlənən ailə üzvləri evə buraxıldı
Hazırda oxunan: Şəkidə dəm qazından zəhərlənən ailə üzvləri evə buraxıldı
Hazırda oxunan: Şəkidə dəm qazından zəhərlənən ailə üzvləri evə buraxıldı
223465
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.