Mikautadzeni silahla HƏDƏLƏDİLƏR

Mikautadzeni silahla HƏDƏLƏDİLƏR

Hazırda oxunan: Mikautadzeni silahla HƏDƏLƏDİLƏR

223388

"Lion"un hücumçusu Jorj Mikautadzenin evinə oğrular girib.

Bizim.Media xəbər verir ki, bu barədə Frana mətbuatı məlumat yayıb.
 

24 yaşlı futbolçu ötən gün Liqa 1-də "Nitsa" ilə matçdan sonra evə yollanıb. Evə girərkən onu üzündə maska olan iki şəxs qarşılayıb. Onlar Mikautadzeni silahla hədələyiblər. Soyğunçular futbolçunun 250 min avro dəyərində olan əşyalarını oğurlayıblar.


Mikautadze hadisə ilə bağlı polisə ifadə verib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Mikautadze Avropa Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində 4 gün əvvəl Bakıda "Qarabağ"ın qapısına 2 qol vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO