İşçiləri vaksin edilməyən obyektlər bağlanacaq

İşçiləri vaksin edilməyən obyektlər bağlanacaq

Hazırda oxunan: İşçiləri vaksin edilməyən obyektlər bağlanacaq

22319

“Yoluxma risklərinin azaldılması məqsədilə açılacaq obyektlərdə yəni idman sağlamlıq mərkəzlərinin işçilərinin vaksinasiya və ya immunitet sertifikatının olması tələbi nəzərdə tutulur”.

Bizim.Media xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində deyib.

Bildirib ki, bu tələb iyulun 1-dən tətbiq olunacaq.

“Həmin tarixdən adıçəkilən obyektlərin 80 faiz işçilərindən tələb olunan sənədlər olmasa həmin obeyktlərə xəbərdarlıq ediləcək və hətta bağlanacaq. Bu məsələ konsert, teatr, kinoteatr və şənlik salonlarına da aiddir. Gələcəkdə həmin obyektlərin xidmətindən istifadə etmək istəyənlərə təcili vaksinasiyadan keçməyi tövsiyə edərdim”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO