Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilib.
Bizim.Media xəbər verir ki, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın karantin rejimi ilə bağlı verdiyi qərarı açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda açıq havada maska qadağası LƏĞV EDİLDİ
Belə ki, mayın 31-dən "Bakı Metropoliteni" QSC-nin fəaliyyəti bərpa olunacaq. Bu tarixdə açıq havada maskanın taxılması tələbi də ləğv ediləcək.
Məscidlər, “Mall”arın, həmçinin iri ticarət mərkəzlərinin, idman və sağlamlıq bərpa müəssisələrinin fəaliyyətinə isə iyunun 10-dan icazə veriləcək.
Bizim.Media